Polad Həşimovun adı Türkiyədə parka veriləcək

08.10.2020 13:52     Sosreaksiya     664

Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.

Reaksiya.az trendə istinadən xəbər verir ki, bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.

O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.

Reaksiya.az

Şərhlər