Danışan işıqforlar haqda yeni xəbər

14.08.2015 13:00     Sosreaksiya     2288

"Yeni danışan işıqforların paytaxtımıza nə vaxt gətiriləcəyi və hansı əraziyə quraşdırılacağı haqda hələ ki məlumatımız yoxdur”.

Bu sözləri reaksiya.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif  Əsədov deyib.

Onun sözlərinə görə, bu işıqforlar təkcə görmə qüsurlu insanlar üçün deyil, həm də yol keçərkən diqqətsizliyə yol verən insanlar üçün də nəzərdə tutulub.

Vaqif  Əsədov əlavə edib ki, danışan işıqforlar hazırda "Neftçilər”, “Nərimanov” metrostansiyalarının ətrafında bir neçə yerdə quraşdırılıb: "Buna səbəb həmin ərazidə görmə qüsurlu insanların çoxluq təşkil etməsidir". 

Qeyd edək ki, danışan işıqforların quraşdırılmasına cari ilin iyununda başlanılıb.

 

Şərhlər

Çox oxunanlar