Ermənilər Goranboyun kəndlərini atəşə tutub
09.10.2020 00:42 Sosreaksiya 709
Ermənilər növbəti dəfə cəbhə xətti boyu ağır artilleriya qurğularından bir sıra kəndlərimizi atəşə tutublar.
Reaksiya.az-ın məlumatına görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, eyni zamanda mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən Goranboy rayonuna müxtəlif istiqamətlərdən mərmilər yağdırıblar.
Nəticədə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə, Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, həmçinin Qaraçinar tam orta kənd məktəbinə, fərdi ev və təsərrüfata külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, ötən gün Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutulması nəticəsində həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, evə isə maddi ziyan dəyib.
Şərhlər