Ölkəmizdə daha 20 şagird koronaya yoluxdu

09.10.2020 14:42     Sosreaksiya     376

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Reaksiya.az-a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.

Əyani təhsilə keçmiş siniflərin sayı birdir.

İndiyə qədər ölkə üzrə iki məktəb, 36 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Reaksiya.az

Şərhlər