Daha bir iş adamı axtarışa verildi - KREDİT QALMAQALI

14.08.2015 14:07     Sosreaksiya     1766

Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı axtarışa verilib.

Reaksiya.az xəbər verir ki, “Azərbaycan Consaltinq Qrup”,  “PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N. Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.

Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.

Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.

 

 

Şərhlər

Çox oxunanlar