Ermənistan humanitar yardım adı ilə aldığı “Smerç” raketlərlə Mingəçevirə hücum edib
11.10.2020 09:41 Sosreaksiya 950
Ermənistan mülki aviaşirkətlər vasitəsi ilə humanitar yardım adı altında yeni “Smerç” raketləri gətirdi.
Reaksiya.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.
Hikmət Hacıyev bildirib ki, gətirilən yeni “Smerç” raketlərlə dərhal Mingəçevirdə mülki əhaliyə və vacib enerji infrastrukturuna hücum etməyə başladı. Sivil dünya ilə Ermənistan arasındakı boşluğa baxın.
Şərhlər