Gəncədə ölənlərin sayı 9 nəfərə çatıb - Baş Prokurorluq

11.10.2020 12:54     Sosreaksiya     484

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub.

Bu barədə Reaksiya.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Reaksiya.az

Şərhlər