Ordumuz yalnız düşmənin texnikasını hədəf alır - GENERAL
11.10.2020 19:32 Sosreaksiya 394
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb.
Reaksiya.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.
General-mayor Hüseyn Mahmudov deyib ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-hücum əməliyyatlarına başlayıb:
“Əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır”.
Müdafiə Nazirliyinin idarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub.
Şərhlər