Rusiyalı hərbi jurnalistin "Qırmızı xaç" fırıldağı - FOTO
11.10.2020 22:34 Sosreaksiya 770
“WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi jurnalist Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşına minib, Hadruta daxil olub.
Reaksiya.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.
Peqov rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir.
O, Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən həmin maşına atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.
Lakin diqqətlə baxsaq, “Qırmızı xaç" işarəsinin foto və videolarda fotoşopla silindiyini görərik.
Şərhlər