Mingəçevir Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı
12.10.2020 18:34 Sosreaksiya 428
Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Reaksiya.az xəbər verir ki, bu barədə Təhsil nazirliyi məlumat yayıb.
"Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb. bAraşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.
Qeyd olunanlar nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub", - deyə məlumatda qeyd olunub.
Şərhlər