İlk Prezident Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi...
12.10.2020 21:02 Sosreaksiya 12009
Sabiq dövlət başçısı Gəncədəki son qətliamda həyatını itirən vətəndaşlarımızın ailələrinə dərin hüznlü başsağlığını çatdırıb...
Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Reaksiya.az xəbər verir ki, bu haqda Moderator.az-a açıqlamasında sabiq dövlət başçısının mətbuat katibi Qulu Həsənzadə məlumat verib.
“Ayaz müəllim Silahlı Qüvvələrə Yardım Fonduna 5 min AZN məbləğində ianə edib. Ölkəmizin ilk Prezidentinin özü bu addımının mətbuatda işıqlanmasına ehtiyac görmür. Lakin hesab edirik ki, torpaqlarımız uğrunda Vətən Müharibəsi apardığımız bir zamanda məbləğindən asılı olmayaraq bu yardım həm bir ibrət, nümunə olmaqla yanaşı, eyni zamanda bir ağsaqqal, keçmiş dövlət xadimi kimi Ayaz müəllimin şəxsində xalqımızın və ordumuzun mübarizə və döyüş ruhunun yüksəlməsinə, arxa cəbhə ilə ön cəbhənin vəhdətinin yaranmasına böyük təkan verəcək” -deyə Q.Həsənzadə bildirib.
Ayaz Mütəllibov sentyabrın 27-dən bəri aparılan genişmiqyaslı əməliyyatlar zamanı həlak olan, o cümlədən Gəncə şəhərinə düşmənin xain raket zərbəsindən həyatını itirən vətəndaşlarımızın ailələrinə dərin hüznlü başsağlığını çatdırmağı xahiş edib.
Şərhlər