Solovyov Azərbaycanı təhqirə görə üzr istədi - Səs yazısı

12.10.2020 21:38     Sosreaksiya     4054

Sosial şəbəkənin rus seqmentində ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyovla Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılıb.

Reaksiya.az Musavat.com-a istinadla xəbər verir ki, söhbət zamanı Solovyov Nisanov qarşısında özünü təmizə çıxarmağa və aparıcı olduğu hansısa verilişi nəzərdə tutaraq, ona hesabat verməyə çalışır:

“Hörmətli Qod Semyonoviç, mən hər şeyi başa düşürəm, əndişənizi də bölüşürəm. Amma bu gün baxsınlar. Bu gün Paşinyanı söydülər və Əliyevi əməllicə təriflədilər. Şəxsən mən Əliyevi yaxşıca təriflədim”...

Olduqca geniş yayılandan sonra teleaparıcı Vladimir Salavyov səs yazısının məzmunu barədə açıqlama verməkdən yayınıb. Məsələyə ümumi münasibət bildirməklə, manevr edib.

O, "Qovorit Moskva" radiosuna bunları deyib:

"Mən müntəzəm olaraq çoxlu adamlarla danışıram. Mən azərbaycanlılarla danışıram, ermənilərlə, yəhudilərlə, başqa hər cür adamlarla danışıram. Nə olsun ki?"

Reaksiya.az

 

Şərhlər