Koronavirusa yoluxma artır: Karantin sərtləşdirilir? - AÇIQLAMA
12.10.2020 22:10 Sosreaksiya 399
Hələlik COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, insanlar arasında maarifləndirmə işini gücləndirmək lazımdır.
Reaksiya.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.
Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan baş infeksinist əlavə edib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır:
"Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır”.
T.Eyvazov deyib ki, son günlər ərzində koronavirusa yoluxma sayında müşahidə edilən artım gözlənilən idi:
"Hələ yay aylarından buna qarşı hazırlıq işləri görülürdü. Rusiya, Gürcüstan, İran, Türkiyədə də yoluxma sayında artım müşahidə edilir. Artım demək olar ki, bütün dünya üzrə müşahidə edilir. Azərbaycan da bu ümumi qanunauyğunluqlar içində yaşayır, buna görə bizdə də artım olmalı idi”.
Şərhlər