Ermənistan itkilərinin yeni siyahısını açıqladı

12.10.2020 22:15     Sosreaksiya     447

Ermənistan Müdafiə Nazirliyi Qarabağda verdiyi yeni itkilərini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, düşmən ölkə bu gün yaydığı ikinci siyahıda Qarabağda daha 45 əsgər itirdiyini bildirib və onların ad-soyadını açıqlayıb.

Bununla da Ermənistan ordusunun döyüşlərdə itkilərindən 525-nin adını açıqlamış olub.

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçiləri itkilərin minlərlə olduğunu bildirir. Ermənistan MN isə itkin və döyüş meydanında qalan əsgər meyitlərinin sayını bilmədiyini etiraf edib.

Reaksiya.az

Şərhlər