Şuşanın qərargah bayrağı Masallıdadır - FOTO

12.10.2020 22:25     Sosreaksiya     1105

Vaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan bayraq hazırda Masallı rayonunda qorunur.

Reaksiya.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib.

Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir.

Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir. Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var.

Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur.

Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar