Cavid Hüseynovun vəkilindən növbəti açıqlama

14.08.2015 16:01     Sosreaksiya     2123

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət ediləcək.

Reaksiya.az xəbər verir ki , bu barədə “Report”a onun vəkili Adəm Məmmədov məlumat verib. O, məhkəməyə gələn həftə vəsatətlə müraciət olunacağını bildirib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində C.Hüseynovun apellyasiya şikayətinə baxılıb. Futbolçu barədə Səbail Rayon Məhkəməsinin 3 aylıq həbs-qətimkan qərarı qüvvədə saxlanılıb.

Şərhlər

Çox oxunanlar