Erməni terroru nəticəsində daha bir məktəbli həlak oldu

13.10.2020 12:38     Sosreaksiya     465

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

Nazirlikdən Reaksiya.az-a  bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.

Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri də həlak olmuşdu.

 

 

Reaksiya.az

Şərhlər