Daha 14 şagirddə koronavirus aşkarlandı

13.10.2020 17:31     Sosreaksiya     457

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
 
Nazirlikdən Reaksiya.az-a bildirilib ki, 13 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 14 şagird və 4 işçidə koronavirus aşkarlanıb.
 
Distant təhsilə keçmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4-dür. Əyani təhsilə qaytarılmış siniflərin sayı 5-dir
 
İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
 

Şərhlər