“Libraff” Elif Şəfəqin kitablarının satışından imtina etdi

14.10.2020 01:15     Sosreaksiya     468

“Libraff” mağazalar şəbəkəsi bu gündən etibarən yazıçı Elif Şəfəqin kitablarının satışından imtina edir.

Reaksiya.az xəbər verir ki, bu barədə “Libraff”ın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

“Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 27 sentyabrdan başlayan Vətən Müharibəsi bizə yanımızda və qarşımızda olanları tanımaq imkanı yaratdı. Yazıçının Tvitter sosial şəbəkəsindəki hesabında "sənət" adı ilə erməni işğalına haqq qazandıran paylaşımına görə Azərbaycan xalqından üzr istəyənə qədər mağazalarımızda kitablarının satışı dayandırılır.

"Baku Book Center", "Ali and Nino", "Kitabevim.az", "Azər Kitab" və digər kitab mağazalarını da oxşar addımı atmağa çağırırıq. Biz birlikdə güclüyük!”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər