Millət vəkilindən təklif: Bu insanlar təbliğata cəlb edilsə...
15.10.2020 11:15 Sosreaksiya 406
Azərbaycanda gürcü, rus, ukraynalı, türkmən, tatar, uyğun, yəhudi kimi bir çox xalqların nümayəndələrinin diasporları mövcuddur. Bu xalqlarla mütəmadi olaraq görüşlər keçirilir və onlar Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyi barədə daha çox məlumata sahib olmaq istədiklərini bildirirlər.
Bu sözləri Reaksiya.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
R.Quliyev bildirib ki, Azərbaycanda yaşayan xalqların assambleyası yaradılmalı və beləliklə haqlı mövqeyimiz dünyaya çatdırılmalıdır:
“Biz Azərbaycanda yaşayan xalqlar üçün ermənilərin etdiyi vəhşilik, vandalizm barədə tədbirlər keçirmək istəyirik. Bu yaxınlarda müraciət edəcəm ki, həmin xalqların assambleyası yaradılsın. Azərbaycanda məskunlaşan diasporlar hazırda bir nəfərə kimi Ali Baş Komandanımızı dəstəkləyir. Ölkəmizdə 900 mindən çox etnik azlıq nümayəndəsi yaşayır. Əgər bu insanların hərəsi 100 nəfərə zəng etsə, dünyada Azərbaycanın güclü təbliğatı aparılacaq. Onlar yalnız başqa ölkələrdə yaşayan qohumları, dostları ilə danışsalar, haqlı mövqeyimizi dünyaya yaymaqda əlavə imkan qazanarıq. Layihə Azərbaycanın təbliğatına böyük dəstək göstərəcək”.
Deputatın sözlərinə görə, hazırda bu barədə Ukraynanın Azərbaycandakı diaspor rəhbəri Yuri Osadçenko ilə danışıqlar aparılır.
Şərhlər