Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir - Ermənistan MN
15.10.2020 11:51 Sosreaksiya 1908
Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki son vəziyyətlə bağlı açıqlama yayıb.
Reaksiya.az modern.az-a istinadən xəbər verir ki, nazirliyin rəsmisi Artsrun Ovannisyan hazırda təmas xəttinin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.
“Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”. O, xüsusən şimal və cənub-şərq istiqamətində vəziyyətin gərgin olduğunu əlavə edib.
Xatırladaq ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.(Modern.az).
Şərhlər