Ağdam sakini məcburi əməyə cəlb edilib
06.06.2015 13:24 Sosreaksiya 1133

Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib.
Reaksiya.Az-ın Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin saytına istinadən verdiyi məlumata görə, 2015-ci il iyun ayının 2-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Zeynalov Fehruz Məmməd oğlunun ailəvi sahib olduqları Bakı şəhəri, Xəzər rayonu və İmişli, İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında Azərbaycan Respublikası vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər