Füzulidə daha 2 evə mərmi düşdü
15.10.2020 14:19 Sosreaksiya 691
Füzuli rayonu Zobucuq qəsəbəsi Ermənistan silahlıları tərəfindən mütəmadi olaraq atəşə məruz qalır.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhvali-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb. Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.
Düşmənin bütün təxribatlarına baxmayaraq zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər.
Şərhlər