6 təhsil müəssisəsinin fəaliyyəti dayandırıldı
15.10.2020 23:56 Sosreaksiya 559
Ermənilər tərəfindən həyata keçirilən separatçı fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb.
Bu barədə Reaksiya.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb:
"Fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq başqa əraziyə köçürülmüş müəssisələrin tezliklə öz fəaliyyətlərini bərpa edəcəkləri barədə nikbinik!"
Şərhlər