NK-nın qərarı repetitorlara da aiddır? - Rəsmi cavab

16.10.2020 11:36     Sosreaksiya     481

Bu qərar yalnız təhsil müəssisələrinə aiddir.

Reaksiya.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib:

"Repetitor və ya təhsillə məşğul olan qurumlara qərar aid deyil, çünki onlar iqtisadi qurumlarla çalışırlar. Qeyd edim ki, atılan addımların iqtisadi təsirləri aşağıdır. Təhsil sahəsində çalışanlar əmək haqqlarını alır. Hazırda iqtisadi fəaliyyətə təsir edən məhdudiyyətlər yoxdur. Eyni zamanda səhiyyə nazirliyinin gigiyena və epidemiologiya mərkəzləri təhsil müəssisələrinə nəzarəti həyata keçirir".

Yaqut Qarayeva əlavə edib ki, hər hansı təhsil müəssisəsində yoluxma halı qeydə alınırsa, nəzarətə götürülür:

"Adətən kurslara gedənlər yuxarı siniflərdir. Bu səbəblə kurslarda təhsil alanların maska taxması mütləqdir".

Reaksiya.az

Şərhlər