Bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur - Hacıyev

17.10.2020 03:04     Sosreaksiya     501

Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

O, qeyd edib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

Reaksiya.az

Şərhlər