Bakıda dəhşətli yanğın
14.08.2015 19:21 Sosreaksiya 2165

16 mərtəbəli binanın sakinləri təhlükə qarşısındadır.
Bu dəqiqələrdə Bakının Tələt Şıxəliyev küçəsi, 14 ünvanındakı çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın başlayıb.
Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, yanğın qatı tüstü ilə müşayiət olunur. Yanan yaşayış binası "Şuşa" restoranının qarşısındadır. Yanğın binanın 12-ci mərtəbəsində başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları, təcili yardım briqadaları və polis cəlb olunub.
Əlavə məlumat veriləcək.
Şərhlər