Cəbhə boyu ərazilərdə bombacıq, dron zərərsizləşdirilib - ANAMA
18.10.2020 02:09 Sosreaksiya 627
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Samux, Şəmkir rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 40 müraciət daxil olub.
ANAMA-dan Reaksiya.az verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Qaraxanlı, Cəfərbəyli, Kürdlər, Afşar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər, Məmmədli, Nazarlı kəndləri, Füzuli rayonunun Alıxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Samux rayonunun Lək kəndi, Şəmkir rayonunun “Mayıs” bağı adlanan ərazisində və Gəncə şəhərinin ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd dron, 1 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd bombacıq, 1 ədəd dron zərərsizləşdirilib, 1 ədəd dron isə işarələnmiş və növbət iş günü partlayış yolu zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Şərhlər