Xızı üzərində S-300 vurulub - Açıqlama

18.10.2020 17:38     Sosreaksiya     580

Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində S-300 raketinin qalıqları aşkarlanıb.

Reaksiya.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir:

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub”.

Reaksiya.az

Şərhlər