DİN vətəndaşlara müraciət etdi
19.10.2020 09:56 Sosreaksiya 484
Daxili İşlər Nazirliyi elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib.
Reaksiya.az müraciətin mətnini təqdim edir:
“Respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməlidir. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək”.
Şərhlər