Ötən gün 6 şəhərimizə 498 mərmi atılıb - Hacıyev
21.10.2020 10:43 Sosreaksiya 479
Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.
Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
Tərtər - 423 mərmi
Ağdam - 49 mərmi
Ağcabədi - 24 mərmi
Goranboy - 2 mərmi
Naftalan/Goranboy - "Smerch" raketləri.
Tərtərdə 2 mülki həlak olub, biri yaralanıb.
Şərhlər