Erməni könüllülər atəş mövqelərini tərk edərək qaçdı - Rəsmi
22.10.2020 09:29 Sosreaksiya 1124
Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.
Şərhlər