Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atdı

22.10.2020 09:51     Sosreaksiya     1030

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə Reaksiya.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Reaksiya.az

Şərhlər