BAMF sədri Macarıstanda işgüzar səfərdədir

15.08.2015 00:32     Sosreaksiya     1522

Beynəlxalq Avrasiya Mətbuat Fondunun(BAMF) sədri Umud Rəhimoğlu Macarıstana işgüzar səfərə gedib. Bu barədə Reaksiya.az - a təşkilat sədri özü məlumat verib. O, bildirib ki, ənənəvi olaraq hər il Macar Turan Forumu tərəfindən keçirilən Atillanın xatirəsinə həsr olunmuş Atalar günündə iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edir: "Tədbir 15,16 və 17 avqust tarixlərində keçiriləcək.Tədbirin təşkilatçısı Macar Turan Forumu BAMF - ın tərəfdaşıdır. Həmin təşkilatla biz "Atəşkəs" filmini çəkirik. Bu səfərimiz zamanı biz eyni zamanda həmin filmin texniki tərəflərini də müzakirə edəcəyik. Qeyd edim ki, film 52 dəqiqədir. Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Atəşkəs" filminin çəkilişləri Füzuli, Tərtər rayonlarında baş tutub. Filmin rejissoru isə milliyyətcə macar olan Erik Boqnardır".  
 
 

Şərhlər

Çox oxunanlar