Bütün istiqamətlərdə düşmənin müdafiə xətti darmadağın edildi - Müdafiə Nazirliyi

23.10.2020 22:14     Sosreaksiya     2710

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq", - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər