Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

24.10.2020 11:38     Sosreaksiya     476

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Reaksiya.az

Şərhlər