Əlillərin işə qəbulu asanlaşır

15.08.2015 03:31     Sosreaksiya     1821

Cəmiyyətin ən həssas sosial qrupu olan əlillərin işlə təminatı ilə bağlı maneələrdən biri aradan qaldırılır.

ANS TV-nin məlumatına görə, bu şəxslərin işə qəbulu zamanı əsas problemlərdən biri onlara verilən əlillik arayışında işə yararsız olmalarının yazılmasıdır. Bu isə işə düzəlmək istəyərkən onların qarşısında maneəyə çevrilir. Bu maneənin aradan qaldırılması üçün nazirlik addımlar atacaq.

"Nazir Səlim Müslümov bütün TSEK-lərə tapşırıq verib ki, onların arayışında, "müəyyən işlər görə bilir" yazılsın." - deyə Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İbrahim Heydərov bildirir. 

Hesab olunur ki, bundan sonra əlillərin işə qəbulu zamanı işəgötürənlər süni əngəllər yarada bilməyəcək. Mövcud qaydalara görə hər bir müəssisədə iş yerlərinin müəyyən hissəsi əlillərə ayrılmalıdır. Həmin kvotaya əməl etməyənləri isə orta aylıq əmək haqqının 3 misli qədər cərimə gözləyir.

Eyni zamanda bu gün valideyn himayəsindən məhrum olmuş və internatlarda təhsil alan bir qrup gəncə nazirliyin peşə kurslarını bitirməklərinə dair sertifikat verilib. 

12 gənc 3 aylıq kurs ərzində aşpazlıq peşəsinə yiyələnib.

Şərhlər

Çox oxunanlar