Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

27.10.2020 20:46     Sosreaksiya     442

Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:

“Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var”.

Reaksiya.az

Şərhlər