Ermənistan əsgərlərinin meyitlərinə sahib çıxmır - Hacıyev
27.10.2020 20:56 Sosreaksiya 584
Ermənistanın Müdafiə Nazirliyi və müdafiə naziri şəxsən Azərbaycan tərəfinə ağır zərbələr endirməsi ilə bağlı açıqlama verib. Onlar döyüş bölgəsində ağır zərbələr endirməkdə acizdirlər.
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib, meyitlərə sahib çıxmayıb. Azərbaycan Qazax-Tovuz istiqamətində cəsədlərin Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qismini və iki nəfər erməni mülki şəxsin - onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır - təhvil veriməsini istəyib. Ermənistan hələ də buna sahib çıxmır", - PA rəsmisi qeyd edib.
Şərhlər