Bakı metrosundan xəbərdarlıq: Bu gün son gündür

15.08.2015 06:57     Sosreaksiya     1959

Metroda yeni kart sistemi tətbiq olunması ilə əlaqədar olaraq mövcud köhnə metro kartlarının geri qaytarılması (girov dəyərinin geri alınması məqsədilə) və satışı bu gün başa çatır.

Reaksiya.az-ın Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, metro kartlarının geri qaytarılması və satışı bu gecə saat 24:00-dan etibarən dayandırılacaq.
Avqust ayının 31-nə kimi metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. 1 sentyabrdan 30 sentyabra qədər isə mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı olacaq. Yəni gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. 

Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan "BakıKart" atransfer edilə bilər.

Ümunilikdə isə Bakı metrosunda yeni kartların tətbiqinə avqust 8-dən start verilib. Artıq Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə ediləcək. 

İlk mərhələdə bu kartlardan "BakuBus və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub.

Kartları bütün stansiyaların vestibüllərində və "BakuBUS" MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq. 
Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür. Yeni kartlarla ödəniş terminalları da dəyişir.

Bundan əlavə yeni "BakıKart Məhdud istifadə üçün" kartı da satışa çıxarılır. Bu kartın qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.
 

Şərhlər

Çox oxunanlar