Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atdı
28.10.2020 09:59 Sosreaksiya 412
Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.
Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Şərhlər