XİN: Ermənistan bəşəriyyətə qarşı cinayət törədir

28.10.2020 15:13     Sosreaksiya     349

“Ermənistan bəşəriyyətə qarşı cinayət törədir”.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri “Smerç” raket sistemindən istifadə edərək Bərdə şəhərini yenidən atəşə tutub. İndiyə qədər ən azı 14 mülki şəxs həlak olub, çox sayda yaralı var! Bu, bəşəriyyətə qarşı cinayətdir!” – deyə qeyd olunub.

 

 

 

Reaksiya.az

Şərhlər