Ermənistanın qorxduğu F-16 təyyarələri nəyə qadirdir? - - HƏRBİ EKSPERT
29.10.2020 14:43 Sosreaksiya 10365
“F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. Yüksək manevr qabiliyyətinə malik olan F-16 təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən “Hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “Hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib”.
Reaksiya.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov Ermənistanı qorxuya salan Türkiyə istehsalı olan F-16 döyüş təyyarələrinin üstünlüyündən danışarkən deyib:
“Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir. F-16 təyyarələrinin bir neçə versiyası var və istehsalçı şirkət onu müntəzəm olaraq modernləşdirir”, - deyə Ü.Cəfərov bildirib.
Politloq Azərbaycanın hələlik həmin döyüş təyyarələrindən istifadə etmədiyini bildirib:
“Ermənistan F-16-nın üstünlüyünü bildiyi üçün bu qədər qorxuya düşüb. Onlar iddia edir ki, guya Azərbaycan həmin döyüş təyyarələrindən istifadə edir. Lakin, əllərində bu haqda heç bir dəlil yoxdur. Amma təbii ki, bu günə qədər istifadə etmədiyimiz, bundan sonra da istifadə etməyəcəyimiz anlamına gəlməz. Bu müaharibədir və biz istənilən silahdan istifadə edə bilərik. Lazım olacağı təqdirdə də istifadə edəcəyik. Amma Azərbaycan Ordusunun hələlik F-16-ya ehtiyacı yoxdur”.
Şərhlər