Lerikdə intihar hadisəsi baş verib

15.08.2015 09:19     Sosreaksiya     2240

Lerik rayonunun Perzəküçə kəndində  intihar hadisəsi baş verib. Reaksiya.az xəbər verir ki, Bərküşəlan kənd sakini 22 yaşlı Azər Babulla oğlu Nuriyev özünü təxminən 07:15 radələrində yaşadığı evində asıb. Faktı Reaksiya.az - a mərhumun ailə üzvləri bildirib. İlkin məlumata görə intiharın səbəbi 22 yaşlı gəncin sevdiyi qızın başqa oğlana verilməsidir. İntiharın dəqiq səbəbləri Lerik rayon prokurorluğunda araşdırılır.

Şərhlər

Çox oxunanlar