Qədim məbəd kompleksi tapılıb

15.08.2015 10:25     Sosreaksiya     2358

Tovuz rayonun ucqar dağ kəndi olan Çobansıxnaqda 4 qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb.Rayonun ucqar dağ kəndi kimi tanınan Çobansıxnaqda aşkarlanan qədim məkanın Qafqaz Albaniyasına məxsus olduğu bildirilir. Reaksiya.az xəbər verir ki, araşdırmaçı Cəlaləddin Qasımov uzun illərdi axtardığı Abdal şəhərini ən hündür zirvədə tapıb. Qədim insanlara məxsus 3 hektara yaxın ərazidə iri sal daşlarla hörülmüş mühafizə divarları,onların zaman-zaman məişətdə işlətdiyi əşyalar rayon sakinlərini belə təəcübləndirib. Qeyd etmək lazımdır ki, bir-birindən 5-7 kilometr uzaqlıqda yerləşən qədim məskənləri isə illər öncə çəkilən araba yolları birləşdirir. Çətin dağ şəraiti olmasına baxmayaraq kəndi qarış-qarış gəzən araşdırmaçı, əraziyə arxeloqları dəvət edib. Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının üzvləri də ərazidə kəşfiyyat xarakterli iş apararaq Çobansıxnaqda tapılan qədim abidənin albanlara məxsus olduğunu üzə çıxarıb. Bununla yanaşı ərazidə qədim məbəd kompleksidə arxeloqların diqqətini çəkib. Yerli sakinlər məbədlər kompleksinin qorunan abidələr siyahasıda olmadığını bildirdilər. Ancaq bununla belə gələcəkdə ərazidə arxeoloqlar tərəfindən aparılacaq araşdırmalar kəndin turizm potensialını da üzə çıxara bilər.

Şərhlər

Çox oxunanlar