Düşmən Ağdamı atəşə tutdu, top evə düşdü - SON DƏQİQƏ
30.10.2020 14:17 Sosreaksiya 548
Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, düşmən növbəti dəfə dinc sakinləri hədəfə alaraq top mərmiləri atıb.
Mərmilərdən biri rayonun Əhmədağalı kəndi sakini Vəfa İsmayıl oğlu İsgəndərova məxsus yaşayış evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.
Şərhlər