Xalq artisti reanimasiyadan palataya köçürüldü

15.08.2015 10:44     Sosreaksiya     1754

Xalq artisti Muxtar Maniyev Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsindən palataya köçürülüb.

 M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın verdiyi məlumata görə, xalq artistinin vəziyyəti hazırda orta-stabildir: “Əməliyyatdan sonra vəziyyəti orta-stabil qiymətləndirilir. Hazırda müalicəsi, müayinəsi davam edir, həkim nəzarətindədir. Ümumi əhvalı yaxşıdır, çalışırıq əməliyyatdan, xəstəlikdən söz salmayaq. Sağ olsunlar, dostları, sənət yoldaşları da Muxtara baş çəkirlər, zəng edənlər olur. Əsas odur, darıxmağa qoymurlar”.

Həyat yoldaşı əlavə edib ki, M. Maniyevin xəstəxanadan evə buraxılmasının tarixi bəlli deyil: “Açığı, bu haqda həkimlər bizə heç nə deməyiblər. Hər şey onların məsləhətindən və müalicələrdən asılıdır. Xəstəxanada qalmaqla bağlı narahatlığımız yoxdur, əsas odur, müalicəsi tam başa çatsın, özünü yaxşı hiss etsin, nə vaxt məsləhət olar, evə apararıq”.

Qeyd edək ki,  avqustun 11-də xalq artisti Muxtar Maniyevin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

 

Şərhlər

Çox oxunanlar