Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib - Baş prokuror
30.10.2020 15:26 Sosreaksiya 2013
Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.
Reaksiya.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev brifinqdə deyib.
Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".
Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki, həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.
Şərhlər