Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb - AÇIQLAMA
30.10.2020 21:03 Sosreaksiya 7956
Artıq demək olar ki, döyüşlərin axırıncı fazasıdır. Hesab edirəm ki, yaxın günlərdə döyüşlər bitəcək və qələbə bizim olacaq.
Reaksiya.az xəbər verir ki,bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov Qarabağın azadlığı uğurunda gedən döyüşlərin hazırki vəziyyəti ilə bağlı danışarkən deyib. O, ordumuzun hər gün yeni əraziləri işğaldan azad etdiyini bildirib:
“Hər azad olunan ərazi strateji üstünlükdür. Əldə olunan üstünlük sayəsində düşmən böyük itkilər verməyə məruz qalır və ordumuz Qarabağın daha da dərinliyinə doğru irəliləyir. Bunu düşmən tərəfi də etiraf edir. Belə ki, dünən qondarma rejimin "rəhbəri" Araik Arutyunyan öz xalqına vida müraciəti edib. Bu da onu göstərir ki, hazırda Azərbaycan Ordusu Şuşa və Laçın istiqamətində hər şeyi öz nəzarətinə götürüb və düşməni mühasirəyə alıb. Düşmən artıq çıxılmaz və çarəsiz vəziyyətə düşüb. Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq və 30 illik həsrətə son qoyulacaq”.
Şərhlər