Adil Qeybulla: Artım belə davam edərsə karantin qaydaları sərtləşdirilə bilər

02.11.2020 12:41     Sosreaksiya     528

Artıq 1000 nəfərdən yuxarı xəstə sayı sərt karantinin tətbiqi haqda düşünməyə əsas verir

"Artım belə şəkildə davam edərsə yaxın zamanda karantin qaydaları sərtləşdirilə bilər. Evdə qal, sms icazəyə yenidən keçid edilə bilər". 

Bu sözləri Reaksiya.az-a koronavirus xəstəliyi ilə bağlı açıqlaması zamanı həkim- ekspert Adil Qeybulla: " Karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaranarsa, unutmayaq ki, bu ancaq təhlükəsizlik üçündür. Xüsusilə Azərbaycan bu gün vətən torpaqlarının azadlığı uğrunda haqq savaşı aparır. Və bu epidemiyanın ön cəbhəyə transfer olunması əlbəttə çox arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də dövlətin hansısa tədbirlər görməyə epidemoloji vəziyyətdən asılıdır. Belə ki onlar durumu daha yaxşı bilirlər. Dəqiq hansı qərarın qəbul olunacağını demək çətindir. Amma bunların birmənalı qəbul olunması mümkündür". - deyib.

Soyuqdəymə xəstəliklərin, resprator xəstəliklərin "Covid"-lə əlaqəsinin olmadığını bildirən həkim yanaşı yayılmış bu xəstəliklərin pandemiyadan diferensiyasiya olunduğunu və saya təsir etmədiyini qeyd edib. 

Adil Qeybulla bir həkim-ekspert olaraq sərt karantinə aparacaq say ilə bağlı da münasibət bildirib.

"Mən hesab edirəm ki, artıq 1000 nəfərdən yuxarı xəstə sayı sərt karantinin tətbiqi haqda düşünməyə əsas verir. Elə 1000 nəfər xəstə sayı kifayətdir".

Həmçinin ölkə əhalisinə bir həkim olaraq məsləhətlərini verən Adil Qeybulla əsas hər bir şəxsin özünü qorumalı olduğunu xüsusi vurğuladı.

"Hər bir şəxsin öz davranışlarına diqqət eləməsi lazımdır. İnsanlar diqqətli olmalıdırlar. Avtobuslarda, ictimai nəqliyyatda maska geyinməli, əlləri dezinfeksiya eləmək, ictimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır. Sosial məsafəni hər yerdə gözləmək mütləqdir. Bu xəstəliyə görə bir çox ailələr əziyyət çəkir. bir çox ailələr xəstədir. Bundan əsas çıxış yolu qaydalara riayət etməkdir". - deyə bildirib.

Nübar Lətifli

Reaksiya.az

Şərhlər